Ərdoğandan Fransaya sərt sözlər: "Siz kimsiniz ki... "

© REUTERS / Benoit TessierRəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yelisey Sarayından verilən açıqlamaya çox sərt reaksiya göstərib

BAKI, 30 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yelisey Sarayından verilən açıqlamaya çox sərt reaksiya göstərib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron terror təşkilatı PYD/PKK-nın dəstəkçisi Suriya Demokratik Qüvvələrini (SDG) təmsil edən bir nümayəndə heyəti ilə görüşüb. Sonra isə Yelisey Sarayından "Makron, Fransanın və beynəlxalq cəmiyyətin dəstəyi ilə SDG və Türkiyə arasında dialoqun qurulmasını istəyir" açıqlaması verilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində - Sputnik Azərbaycan
Ərdoğan siqnal verdi, PKK qaçdı: Sincar bölgəsində gözlənilməz olay

Ərdoğan buna çox sərt reaksiya göstərib: "Fransanın davranışından çox təəssüf hissi keçirdiyimizi bildirmək istəyirəm. Fransa Prezidenti ilə ötən həftə telefon danışığımız olub. Danışıq zamanı hiss etdim ki, qəribə fikirlər səsləndirir".

O bildirib ki, heç kim Türkiyə Silahlı Qüvvələrini razılıq vermədiyi hər hansı bir mövzunu müzakirə etmək üçün danışıqlar masası arxasında oturda bilməz: "Terror təşkilatı nümayəndələrini ən yüksək səviyyədə qəbul edənlər bunun Türkiyəyə qarşı düşmənçilikdən başqa bir anlama gəlmədiyini bilməlidirlər. Həmin terrorçu qrup bu gün bizim təhlükəsizlik qüvvələrimizə hücum ediblər. Nəticədə 6 nəfər şəhid olub, 7 nəfər isə yaralanıb".

Ərdoğan daha sonra deyib: "Ey Qərb, SDQ dediyiniz Suriya Demokratik Qüvvələri bu gün bizim təhlükəsizlik qüvvələrimizə hücum edən terror təşkilatı ilə eynidir. Bunlarla bizi aldatmağa çalışırsınız. Lakin biz onların mahiyyətini bilirik. Bunları bizə qəbul etdirə bilməzsiniz. Onların bir adı var, onu da rəsmi olaraq ictimaiyyət arasında söyləyə bilmərəm. Əgər ikimiz olsaq deyə bilərəm. Deyirlər ki, YPG-yə dəstək sözü vermişik. Bunların söylədiyi sözə bax. Əgər "Suriya Demokratik Qüvvələri ilə Türkiyə arasında vasitəçi olmağa hazırıq" fikri doğrudursa, onu söyləyən həddini aşıb. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyənin nə zamandan bəri terror təşkilatları ilə bir masaya oturmaq kimi bir problemi var? Haradan çıxardınız bunu? Siz terror təşkilatları ilə bir masaya otura bilərsiniz. Amma Türkiyə terror təşkilatları mübarizəsini Afrində olduğu kimi aparar. Siz kim olursunuz ki, bir terror təşkilatı ilə Türkiyə arasında vasitəçilik ifadəsini səsləndirirsiniz?"

Xəbər lenti
0