Yelisey sarayı: Fransa Suriyaya əsgər göndərməyəcək

© AFP 2023 / Eric FeferbergYelisey sarayı, arxiv şəkli
Yelisey sarayı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yelisey sarayının rəsmisi Suriyaya əsgər göndəriləcəyi iddialarını təkzib edib

BAKI, 30 mart — Sputnik. Fransa prezidentlərinin rəsmi iqamətgahı olan Yelisey sarayı Suriyaya əsgər göndəriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Sarayın adı açıqlanmayan rəsmisi xəbəri təkzib edərək, Fransanın Suriyaya əsgər göndərməyəcəyini və bu ölkədə yeni bir hərbi əməliyyat keçirməyi planlaşdırmadığını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Yelisey sarayının rəsmisi Fransız mətbuatında çıxan iddialar ilə bağlı "Anadolu" agentliyinə açıqlama verib: "Mətbuatda bu məsələyə dair fərqli informasiyalar yayılıb. Ancaq məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməyib. Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə yeni heç bir əməliyyat keçirməyi planlaşdırmır. Biz İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində fəaliyyətimizi davam etdiririk".

Qeyd edək ki, iki gün öncə Fransa prezidenti Emmanuel Makron Suriya Demokratik Qüvvələrinin (SDQ) təmsilçiləri ilə görüşüb. SDQ nümayəndələri görüşdən sonra mətbuata açıqlama verərək Fransanın Suriyaya hərbçi göndərəcəyini söyləyiblər.

Xəbər lenti
0