06:07 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
TV

Müsəlman ölkəsində bir ilk həyata keçdi

CC BY 2.0 / Iain Watson / Day 90 - Couch Potato
DÜNYA
Qısa URL
646 0 0

Marvia işə qəbul edilməsinə rəğmən ailə tərəfindən qəbul edilmədiyini də bildiririr.

BAKI, 27 mart — Sputnik. Pakistanda bir xəbər kanalı ilk dəfə efirə transseksual spiker çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, Jurnalistika məktəbinin məzunu olan və model olaraq işləyən Marvia Malik 3 aylıq sınaqdan sonra Kohenoor televiziyasında ilk xəbər buraxılışını cümə günü təqdim edib.

Marvia Malik işə götülüldüyü zaman çox sevindiyini bildirib. O qeyd edib ki, Pakistanda transların yaşayış vəziyyətlərini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək.

"Cəmiyyətimizdə cinsiyyətə qarşı ayrıseçkilik olmamalıdır. Hər kəslə bərabər haqlara sahib olmalı və cəmiyyət içində sadə vətəndaş kimi qəbul edilməliyik" — deyə Marvia bildirib. 

Xatıradaq ki, Pakistanda translar cəmiyyət tərəfindən birmənalı qarşılanmır və iş tapmaqda çətinlik çəkirlər.

Marvia işə qəbul edilməsinə rəğmən ailəsi tərəfindən qəbul edilmədiyini də bildiririr.

Kanalın sahibi isə Marvia Malikin istedadlı olduğu üçün işə qəbul edildiyini bildirib.

Pakistan Senatı bu günlərdə transların öz cinsləri barədə qərar qəbul edə biləcəkləri ilə bağlı qanun qəbul edib.

Xatırladaq ki, 2016-cı ildə Pakistanda Alişa adlı transseksual silahla yaralı halda xəstəxanaya gətirilmiş, ancaq gec müdaxilə edildiyi üçün həyatını itirmişdi. Onun dostları həkimlərin Alişanı xəstəxananın kişi və ya qadın bölümünə yatırmaqda çətinlik çəkdiyini bildirmişdi.

Əsas mövzular