01:24 18 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova

Rusiya hədələdi: Hər bir ölkənin cavabı veriləcək

© Sputnik / Mikhail Voskresenskiy
DÜNYA
Qısa URL
409 0 0

"Hər bir ölkə ilə bağlı müvafiq tədbirlər olacaq: həm diplomatlarımızın çıxarılması, həm də Sietldəki baş konsulluğumuzun bağlanılması ilə bağlı" - deyə Zaxarova bəyan edib

BAKI, 27 mart — Sputnik. "Moskva, rusiyalı diplomatları çıxaran hər bir ölkəyə qarşı müvafiq cavab tədbirləri görəcək". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Sözsüz ki, bizim bu gün gördüklərimizə qarşı cavab olacaq. Hər bir ölkə ilə bağlı müvafiq tədbirlər olacaq: həm diplomatlarımızın çıxarılması, həm də Sietldəki baş konsulluğumuzun bağlanılması ilə bağlı" — deyə Zaxarova bəyan edib.

Xatırladaq ki, bu gün Avropa Birliyinin 16 ölkəsi, eləcə də ABŞ, Kanada, Norveç, Albaniya və Ukrayna rusiyalı diplomatların ölkədən çıxarılmasını elan ediblər. Onlar bunu Solsberidəki insidentlə bağlayıblar.

Xatırladaq ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Solsberidə zəhərləniblər. London onların zəhərlənməsində Rusiyanı ittiham edir. Moskva ittihamı rədd edərək, bunu provokasiya adlandırır.

Teqlər:
hədə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, qalmaqal, cavab

Əsas mövzular