Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış futbolçunun başına eyvandan daş düşdü, öldü

© Photo : IHA / SözcüYaşar Yıldırımın başına mərmər bu eyvandan düşüb
Yaşar Yıldırımın başına mərmər bu eyvandan düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Küçədə yeriyərkən yuxarı mərtəbədən başına mərmər düşən 55 yaşlı Yaşar Yıldırım huşunu itirərək yerə yıxılıb

BAKI, 26 mart — Sputnik. Türkiyənin Trabzon şəhərində bədbəxt hadisə baş verib.

Küçədə yeriyərkən yuxarı mərtəbədən başına mərmər düşən 55 yaşlı Yaşar Yıldırım huşunu itirərək yerə yıxılıb. Təcili xəstəxanaya aparılan Y.Yıldırım həkimlərin səylərinə baxmayaraq vəfat edib.

© Photo : SözcüYaşar Yıldırım
Yaşar Yıldırım - Sputnik Azərbaycan
Yaşar Yıldırım

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs həm də keçmiş futbolçudur. Üç uşaq atası olan Yıldırım vaxtilə ölkənin samballı klublarından olan "Sivasspor"da illərlə futbol oynayıb. O, 6 il də "Trabzonspor" komandasında qapıçı məşqçisi vəzifəsində işləyib.

Xəbər lenti
0