Dəhşətli yanğının başlama anının videosu yayıldı

© Sputnik / Alexander Patrin / Mediabanka keçidKemerovoda yanğın
Kemerovoda yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Möhkəm qığılcımdan sonra alov sürtələ yayılır və bütün hər tərəfi qatı tüstü bürüyür

BAKI, 26 mart — Sputnik. Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən dəhşətli yanğının başlama anının videosu yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, videonu "Telegram-kanal 112" dərc edib.

Nəzarət kamerası tərəfindən çəkilən görüntülərdən görünür ki, yanğın ticarət zallarından birində başlayır. Möhkəm qığılcımdan sonra alov sürtələ yayılır və bütün hər tərəfi qatı tüstü bürüyür. Təxminən 1 dəqiqə ərzində ərazi qaranlığa qərq olur.

Qeyd edək ki, son məlumata görə yanğın zamanı 64 nəfər ölüb. Onların çoxu kino zalında bağlı qapı arxasında qalan uşaqlardır. Bundan əlavə, itkin düşən şəxslər də var. Fövqəladə Hallar Nazirliyi onların sayını dəqiqləşdirir. Xilasedicilər binanın bütün mərtəbələrini axtarıblar. Dağıntılar altından 58 cəsəd çıxarılıb, onlardan 17-ni tanımaq mümkün olub.

İstintaq Komitəsi 3 maddə üzrə cinayət işi açıb. Cinayət işi üzrə məmurlar və biznesmenlər də daxil olmaqla, ən azı 10 nəfər saxlanılıb.

Xəbər lenti
0