Qətliam kimi qəza: Bir ailənin 6 üzvü öldü

© Photo : SözcüTürkiyənin Kayseri şəhərində yol-nəqliyyat hadisəsi
Türkiyənin Kayseri şəhərində yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yol uzun müddət nəqliyyatın hərəkəti üçün bağlanıb

BAKI, 26 mart — Sputnik. Türkiyənin Kayseri şəhərində təcili yardım maşını avtobusla toqquşub.

Altı nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerli vaxtla 23:20-də şəhər ətrafındakı magistral yolda baş verib. Yol uzun müddət nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, çoxlu sayda polis və xilasedici dəstələr əraziyə gəliblər. Nəhayət 4 saat ərzində yol təmizlənəndən sonra avtomobillərin gediş-gelişi bərpa edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölənlərin hamısı "Mercedes" avtomobilində olanlardır. Onlardan 4-ü bir ailənin üzvüdür, ikisi isə yaxın qohumlarıdır.

Xəbər lenti
0