22:16 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Bruno Boban

Topla zərbə futbolçunu oyun zamanı öldürdü - VİDEO

© Foto: Facebook / HUNS.hr
DÜNYA
Qısa URL
210 0 0

Oyunun 15-ci dəqiqəsində güclü zərbədən sonra top Bobanın sinəsinə dəyib

BAKI, 25 mart — Sputnik. Xorvatiyanın futbol üzrə üçüncü diviziyasında faciə baş verib. Sputnik Azərbaycan HRT Sport-a istinadən xəbər verir ki, "Marsoniya" və "Slavonoya" arasında keçirilən görüşdə meydan sahiblərinin futbolçusu Bruno Boban topun zərbə ilə sinəsinə dəyməsindən sonra ölüb.

Oyunun 15-ci dəqiqəsində güclü zərbədən sonra top Bobanın sinəsinə dəyib. "Marsoniya"nın futbolçusu yıxılıb. Komanda həkimi ilkin yardım göstərib, ardınca isə təcili yardım briqadasının həkimləri yetişiblər. Amma onların bütün cəhdlərinə baxmayaraq, 25 yaşlı futbolçunu xilas etmək mümkün olmayıb.

Hələlik futbolçunun hansı səbəbdən öldüyü bəlli deyil. Güman edilir ki, o, zərbə nəticəsində ürək tutmasından ölüb. Amma yekun nəticə meyitin yarılmasından sonra bəlli olacaq.

Boban "Zaqreb" və "Slavoniya"nın heyətində çıxışları ilə məşhurdur. O, bu mövsüm "Marsoniya"da 12 qolla fərqlənib.

Teqlər:
zərbə, top, ölüm, futbol

Əsas mövzular