"Dənizlər kraliçası"sının yaradıldığı gün

Abunə olmaq
Adriatik dənizinin Venesiya körfəzi sahilindəki Venesiya şəhəri "Dənizlər kraliçası" adlanır

BAKI, 25 mart — Sputnik. Venesiyanın əsası qoyulub.

Adriatik dənizinin Venesiya körfəzi sahilindəki Venesiya şəhəri "Dənizlər kraliçası" adlanır. Şəhər bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb. Adalar arasında 400-dək körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (XIV əsr- XVI əsrin əvvəlləri) formalaşıb. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829-832; 1073-95 illərdə yenidən tikilib) Venesiyanın ən gözəl memarlıq abidəsidir.

Xəbər lenti
0