22:14 25 Aprel 2018
Canlı yayım
Təyyarə

Səudiyyədən ərəbləri qızdıracaq addım: 70 illik qadağaya son qoyuldu

CC0 / mmisof / Airbus
DÜNYA
Qısa URL
798 0 0

Ər-Riyadın bu addımının müsəlmanlar, xüsusən də ərəblər arasında necə qarşılanacağ bəlli deyil

BAKI, 24 mart — Sputnik. Səudiyyə Ərəbistanın hava sahəsi ilk dəfə olaraq uçuşlar üçün İsrailə açılıb. Beləliklə, 70 illik qadağa aradan qalxıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ər-Riyadın bu addımı İsrailə uçuşlar üçün 70 illik hava sahəsinin qadağasını ləğv edib.

Ər-Riyad, 7 martda Hindistan və İsrail arasında uçuşlar təşkil edən firmalara hava sahəsindən istifadə etmək üçün icazə verəcəyini açıqlamışdı. Bu icazə İsrailin şirkəti olan "El Al"a aid deyil.

Açılış mərasiminə İsrailin nəqliyyat naziri Yisrael Katz da qatılıb. O, bildirib ki, bu uçuş regionda yavaş-yavaş irəliləyən müsbət bir dəyişikliyi göstərir: "Ümid edirəm çox da uzaq olmayan bir gələcəkdə İsrailin milli hava yolu şirkəti olan "El Al" da bu marşrutdan istifadə edə biləcək".

Ər-Riyadın bu addımının müsəlmanlar, xüsusən də ərəblər arasında necə qarşılanacağ bəlli deyil.

Teqlər:
icazə, İsrail, təyyarə, Səudiyyə Ərəbistanı

Əsas mövzular