İraqda şou göstərən İŞİD tankçısı Türkiyədə ələ keçdi

© AFP 2023 / AHMAD AL-RUBAYE Эмблема Исламского государства, фото из архива
Эмблема Исламского государства, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD tankçısının tankla şoular göstərdiyi görüntülər də tapılıb

BAKI, 21 mart — Sputnik. Adana ABŞ konsulluğuna terror ehtimalı şübhəsilə ilə yaxalanan 4-ü türk, 15-i suriyalıdan ibarət qrupun tərkibindəki şübhəlilərdən birinin İŞİD-in tankçısı olduğu məlum olub. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, şübhəlilər saxlanıldıqdan sonra 14 gün müddətinə sorğulanıblar. Sorğular zamanı  suriyalı Əhməd Qəssabın İŞİD sıralarında tankçı olduğu müəyyən edilib. Şübhəlinin İŞİD zəiflədiyi üçün qanunsuz yollarla Türkiyəyə gəldiyi və Adanada yaşadığı müəyyənləşdirilib.

Bununla yanaşı İŞİD tankçısının tankla şoular göstərdiyi görüntülər də tapılıb. Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti
0