Dəniz sahilində tapılan bu canlı hər kəsi qorxutdu

© © Action News JaxCorciya sahillərində tapılmış heyvan leşi
Corciya sahillərində tapılmış heyvan leşi - Sputnik Azərbaycan
Abunə olmaq
Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır

BAKI, 21 mart — Sputnik. ABŞ-ın Corciya ştatının sahillərində dinozavrların dövründə mövcud olmuş pleziozavra bənzəyən dəniz canlısı aşkar edilib. Sputnik Azərbaycan bu barədə The Daily Mail-ə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ vətəndaşı Ceff Uorren oğlu ilə birlikdə qayıqla gəzərkən qeyri-adi sahildə dəniz canlısının cəsədinə rast gəlib.

Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır. Onun uzun boynu, balaça kəlləsi var.

ABŞ-ın Balıq resursları və vəhşi heyvanların mühafizəsi xidmətinin şefi Den Eş isə bildirib ki, hərdən köpək balığının leşi pleziozavr kimi qəbul edilir.

Xəbər lenti
0