Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı diplomatlar Londonu tərk edir

© Sputnik / Алекс Макнотон / Mediabanka keçidRusiyanın Londondakə səfirliyi
Rusiyanın Londondakə səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşılıqlı addım olaraq Moskvadan geri göndərilən britaniyalı diplomatlar yaxın zamanlarda vətənlərinə qayıdacaq

BAKI, 20 mart — Sputnik. Rus diplomatlar ölkənin Londondakı səfirliyini tərk edir. 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ondan çox mikroavtobus və avtomobil hava limanına gedir.  Səfriliyin əməkdaşları öz həmkarlarını yola salır. Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko özü şəxsən gedən diplomatlarla vidalaşmağa gələcək.

London səfirliyin 23 əməkdaşını geri göndərir. İngiltərə bu addımı BKİ-nin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində “Rusiynına əli olması” ilə əlaqələndirib. Ailə üzvləri də daxil olmaqla krallığı səksənə yaxın insan tərk edəcək.

Qarşılıqlı addım olaraq Moskvadan geri göndərilən britaniyalı diplomatlar yaxın zamanlarda vətənlərinə qayıdacaq. 

Xəbər lenti
0