21:01 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
57410

Cütlük bu görüşü taleyin qisməti hesab edir

BAKI, 20 mart — Sputnik. Britaniyalı avtomobil satışı menecerinin səhvən göndərdiyi mesaj toyla nəticələnib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Maykl Evancelonun öz nömrəsində bir rəqəmi səhv yazması ilə başlayıb. Belə ki, "Qızlar gəzintidə" kinokomediyasına baxmaq istəyən Maykl unutmaması üçün filmin adını öz whatshap-ına göndərmək istəyir. Ancaq ona whatshap-da ona Lina adlı qız cavab verir: "Salam, "Qızlar gəzintidə"? Bu kimdir?"

Qadın söhbəti ertəsi gün də davam etdirir.

Əvvəlcə Evancelo elə düşünür ki, bu onun keçmiş tanışlarındandır. Bir neçə mesajdan sonra başa düşür ki, bu belə deyil. Bir neçə saat danışdıqdan sonra cütlük görüşməyə qərar verir. Görüşlərindən iki həftə sonra isə onlar evlənməyi qərara alırlar.

"Dostlarımızın çoxu elə düşünürdü ki, biz dəli olmuşuq. Ancaq valideynlərimiz çox razı idi" – Lina deyir.

"Sözsüz ki, bu, dəlicəsinə tanışlqıdır" – deyə Maykl bildirib.

Cütlük bu görüşü taleyin qisməti hesab edir.

Teqlər:
cütlük, mesaj, toy

Əsas mövzular