CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilər Türkiyədən Yunanıstana qeyri-leqal miqrant daşıyarkən yaxalanıblar

© Sputnik / Anar MustafayevФонарь такси на крыше автомобиля в Баку
Фонарь такси на крыше автомобиля в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Miqrant dəllalları müştərilərini lüks avtomobillərdə sərhəddən keçiriblər

BAKI, 18 mart — Sputnik. Yunan polisi Türkiyədən Yunanıstana qeyri-leqal miqrant traffikinqi ilə məşğul olan 11 nəfəri saxlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bolqarıstanın "Trud" qəzeti Yunanıstanın "Katimerini" on-line nəşrinə istinadla xəbər verir.

Polis sözügedən şəxslərin 2017-ci ilin fevralından fəaliyyət göstərdiklərini, bu müddət ərzində 360 nəfəri sərhəddən keçirməyə nail olduqlarını qeyd edib.

Qeyd edək ki, qeyri-leqal miqrant traffikinqi ilə məşğul olan sürücülərin erməni, gürcü və yunan olduqları müəyyən edilib.

Mühacir dəllalları sərhəd mühafizəçilərinin həssaslığını nəzərə alaraq, onların diqqətini cəlb etməmək üçün müştərilərini "lüks" avtomobillə aparıblar. Özü də onları təkcə maşının salonunda deyil, yük yerində də daşıyırmışlar.

Türkiyə ərazisindən Afinaya və ya Salonikə "bilet" hər bir qeyri-leqal sərnişin üçün 600 avro təşkil edib.

Xəbər lenti
0