QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Dövlət Departamenti Saakyanın səfərinə etiraz etməliydi"

© Photo : HAQQİNАкция протеста азербайджанцев в Вашингтоне
Акция протеста азербайджанцев в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Azərbaycanı narahat edən və etirazına səbəb olan ümumiyyətlə, Bako Saakyanın ABŞ-a gəlməsidir. Söhbət təkcə onun Konqresdə görünməsi deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb və ona qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanın ABŞ-a səfəri, həmçinin Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim olunub.

Onu da qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində prospektlərdən birinin adı dəyişdirilərək Artsax adlandırılacaq. Bu qərar şəhər məclisinin səsverməsi nəticəsində verilib. Belə ki, Qlendeyldə əvvəllər Merilend kimi tanınan prospektin adı Artsax olacaq. Bu barədə Ay Data ABŞ kompaniyasının "facebook" səhifəsində məlumat verilib. Bildirilib ki, qərar yekdilliklə qəbul edilib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib ki, ABŞ-da rəsmi olaraq heç kəs Bako Saakyanı qəbul etmir və onunla tədbir də keçirmir: "Ancaq Konqres bunu edib. Təəssüflər olsun ki, Fransa parlamentində də, Avropa parlamentində də hər bir parlamentin üzvü öz köməkçisinə tapşırıb ki, kimisə oraya dəvət edib, bir otaq sifariş verərək hansısa tədbir keçirmək iqtidarındadırlar". 

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan ABŞ-a nota verdi: Yolverilməz hərəkətinizə adekvat cavab verəcəyik

Millət vəkili qeyd edib ki, Azərbaycanı narahat edən və etirazına səbəb olan Bako Saakyanın ABŞ-a gəlməsidir: "Məsələ təkcə onun Konqresdə görünməsi deyil. Bu adam Ermənistan pasportu ilə gəlib, ABŞ-a daxil olub. Halbuki Krımın, Dnestryanın, Abxaziyanın, Osetiyanın, nəinki qondarma rəhbərləri, heç sadə vətəndaşları Rusiya pasportu ilə Amerika və Avropa ölkələrinə buraxılmırlar. Nə üçün bu ayrı-seçkilik həyata keçirilir? İndi kimsə deyə bilər ki, görmədik, tanımadıq. Axı bilirsiniz ki, o, separatçı rejimin qondarma rəhbəridir. Ona onun Ermənistan pasportuna nə üçün viza verirsiniz? Mahiyyət bundan ibarətdir".

O deyib ki, Azərbaycan məsələyə öz etirazını bildirib: "ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb ki, "biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq". Hörmətlə yanaşırsansa, ona viza vermə".

ABŞ-ın Dağlıq Qarabağa maddi yardım ayırmasına münasibət bildirən millət vəkili deyib ki, bəli, konkret məqsəd üçün pul ayrılır: "Bu pul gedib o separatçılara çatmır. Konqresdə erməni lobbisi olduqca güclüdür. Və hər il qərar verilir, Dağlıq Qarabağ üçün az qala 10 milyon dollar pul ayrılır. Ancaq Dövlət Departamenti Azərbaycanın narazılığını, etirazını nəzərə alaraq o məbləği xərcləmir. O məbləğdən cüzi bir hissəsi — 1-1,5 milyon minalardan təmizləmə işlərinin maliyyələşdirməsi üçün xüsusi bir təşkilata ayrılır. İndi hər bir halda minalardan təmizləmə işi hamımız üçün lazımdır. O torpaqlar azad olunandan sonra oraya insanlar qayıtmalıdırlar və təhlükəsiz şəraitdə yaşamalıdırlar". 

Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin - Sputnik Azərbaycan
Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağdan danışdı

Qlendeyl şəhərində prospektlərdən birinin adının dəyişdirilərək Artsax olacağı məsələsinə də toxunub: "Adı dəyişib, lap ayaqyolu da qoya bilərlər. onların səlahiyyətindədir. Burada bizim müdaxilə etmək imkanımız yoxdur. Amerikada səlahiyyətlər bölgüsü var. Bu məsələlər tamamilə yerli hakimiyyətin nəzarətindədir. O şəhərin meri də ermənidir. Orada əksər yaşayanlar ermənilərdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bako Saakyanın ABŞ tərəfindən o ölkəyə dəvət olunmasını çox yanlış addım kimi qiymətləndirilib: "Düzdür, deyə bilərlər ki, Konqresdə bir qrup konqresmen erməni lobbisinin təsiri altındadır və onlar dəvət ediblər".

Şahinoğlu düşünür ki, Dövlət Departamenti buna etiraz etməliydi: "Çünki Ağ Ev hər zaman deyir ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır. Strateji tərəfdaşıqsa, niyə Azərbaycan torpaqlarını işğal edən, azərbaycanlıları qətlə yetirən bir şəxsi Vaşinqtona dəvət edirlər? Axı, həmin Vaşinqton Donbas, Abxaziya, Osetiya, Dnestryanı separatçılarının liderlərini heç vaxt Vaşinqtona dəvət etmir. Vaşinqton tərəfindən niyə bu ikili standart həyata keçirilir və erməni separatçılarına daha böyük simpatiya var". 

Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
QARABAĞ
Nazir: "Dağlıq Qarabağ probleminin həlli planı masadadır"

Politoloqun deyib ki, hətta Bako Saakyanı Dövlət Departamentində də qəbul edilməsi ilə bağlı xəbərlər gəlir. Əgər belə bir hadisə baş versə, bu, ABŞ-Azərbaycan münasibətlərinə ciddi bir zərbə vuracaq.

ABŞ-ın Dağlıq Qarabağa maddi yardım ayırmasına da münasibət bildirən politoloq bunu da çox yanlış bir addım adlandırıb: "Separatçılara niyə yardım edirlər? Axı onlar Azərbaycan torpaqlarını işğal ediblər. Bu məsələni anlamaq mümkün deyil. Burada da ikili standartlar var. Konqres Abxaziyaya, Cənubi Osetiyaya, Donbasa, Krıma maliyyə yardımı ayırmır. Orada da separatizm var. Bəs, niyə erməni separatçılarına bu yardımı ayırır? Yəni bu, tək erməni lobbisinin təsiri iləmi bağlıdır? Dövlət Departamenti bu prosesə mane ola bilər".

E.Şahinoğlunun fikrincə, bu cür siyasət sonda ona gətirib çıxaracaq ki, ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə dəyəcək: "Onsuzda ABŞ-ın Cənubi Qafqazda maraqları getdikcə azalır. Necə ki, Türkiyəni özlərindən süni surətdə uzaqlaşdırdılar. Çox təəssüf ki, bu cür siyasətlə Azərbaycanı da özlərindən uzaqlaşdıra bilərlər".

Politoloq Qlendeyl şəhərində prospektlərdən birinin adının dəyişdirilərək Artsax olacağı məsələsinə də münasibət bildirib: "Kaliforniya erməni lobbisinin ən çox təmsil edildiyi ştatlardan biridir. Orada Azərbaycana qarşı hər zaman belə təxribatlar hazırlayırlar. Düşünürəm ki, biz də gərək belə proseslərə seyrçi qalmayaq. Məsələn, Bako Saakyan Konqresə gəlirsə, Konqresdə Azərbaycanla tərəfdaşlığa üstünlük verən bir neçə konqresmen, ABŞ-da Azərbaycan lobbisi gərək etiraz etsin. Bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi də gərək fəal olsun".

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən səfirliyi rəsmi Bakının notasına cavab verib. Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, cavab məktubunda deyilir: 

Избранный президент Франции Эммануэль Макрон - Sputnik Azərbaycan
QARABAĞ
Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat

"ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yekun Aktı prinsipləri — gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Xəbər lenti
0