08:06 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Moskva Kremli

ABŞ-ın sanksiyalarına Rusiyadan cavab: “Qara siyahı” genişlənir

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
144 0 0

Rusiya Vaşinqtonun yeni sanksiya qərarına cavab verdi: ABŞ vətəndaşlarının yer aldığı “qara siyahı”nı genişləndirəcəyik

BAKI, 16 mart — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov ölkəsinin ABŞ-ın yeni sanksiya qərarına qarşılıq verəcəyini söyləyib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Rıbakov Rusiyanın ABŞ-ın yeni sanksiya qərarına qarşılıq olaraq Amerika vətəndaşlarının da olduğu “qara siyahı”nı genişləndirəcəyini bildirib. Rıbakov əlavə tədbirlərin də gözardı edilməyəcəyini bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Moskvanın Vaşinqton ilə dialoqu davam etdirmək istədiyini, ancaq, Rusiya ilə münasibətləri pozmaq istəyən ABŞ-dakı bəzi şəxslərin odla oynadığını dilə gətirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Ardından London — Moskva xəttində gərginlik yaşanmış sonra da Vaşinqtondan sərt bəyanatlar və yeni sanksiyalar gəlmişdi.

Teqlər:
"qara siyahı", sanksiya, Rusiya, ABŞ, cavab

Əsas mövzular