ABŞ-da dəhşət: Minlərlə tonluq körpü insanların üzərinə düşdü - VİDEO

© AP Photo / Nati HarnikКарета скорой помощи и полицейский автомобиль в США, фото из архива
Карета скорой помощи и полицейский автомобиль в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yola düşən körpünün altında bir neçə maşının qaldığı bildirilir

BAKI, 16 mart — Sputnik. ABŞ-ın Florida ştatında piyadalar üçün nəzərdə tutulan körpü insanların üzərinə düşüb. Sputnik Azərbaycan Miami Herald-a istinadla xəbər verir ki, çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Yeni tikilən körpü Mayaminin cənub-qərbindəki Beynəlxalq Universitetin kampusunun yaxınlığında yerləşirmiş. Yola düşən körpünün altında bir neçə maşının qaldığı bildirilir.

​Bəzi məlumatlara görə, ən azı 6 nəfər ölüb, onlarla yaralanan var. Hadisə yerində xilasetmə işləri aparılır. İnsidentin səbəbləri məlum deyil.

Plana görə, körpü 2019-cu ildə istifadəyə verilməliymiş. Körpünü həm piyadalar, həm də sürücülər üçün daha təhlükəsiz olan innovativ modul üsulu ilə tikirmişlər.

Körpünün 950 tonluq növbəti hissəsi ötən şənbə günü qurulubmiş.

Xəbər lenti
0