16:59 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Energetik içkilər, arxiv şəkli

Enerji içkiləri az qala onu öldürəcəkmiş

© Sputnik / Aleksey Malgavko
DÜNYA
Qısa URL
187 0 0

"Mən eşidə, görə bilmirdim, heç nə hiss etmirdim" – deyə qadın bildirib

BAKI, 16 mart — Sputnik. Enerji içkilərindən asılılıq britaniyalı qadının görmək, eşitmək və hiss etmək duyğularının itməsinə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Bet Geym enerji içkilərini 11 yaşınan içməyə başlayıb. O xəstəxanaya düşənə qədər, son 4 il ərzində hər gün 6 banka enerji içkisi içirmiş.

"Mən eşidə, görə bilmirdim, heç nə hiss etmirdim" – deyə qadın bildirib.

Onun nəbzi dəqiqədə 60-80 əvəzinə 320 dəfə vururmuş.

Həkimlər Betə mədəüstü taxikardiya diaqnozu qoyaraq, güclü təsiredici dərmanlar yazıblar. Amma bir müddət sonra qız dərmanların təsirindən hallüsinasiyalar gördüyü üçün onlardan imtina etməli olub. Həkimlər Betə bildiriblər ki, belə tutmalar ara-sıra ola bilər. Ona idmanla məşğul olmaq, tərkibində kofein olan içkilərin, xüsusilə enerji içkilərinin içilməsi qadağan edilib.

Hazırda Betin 19 yaşı var və o öz tarixçəsini danışmaqla, azyaşlılara enerji içkiləri satılmasının qadağan edilməsinə nail olmaq istəyir.

Onun sözlərinə görə, enerji içkiləri məktəb yeməkxanalarında satılan qanuni narkotikdir.

Teqlər:
şikəst, enerji içkiləri, ölüm

Əsas mövzular