Sürücüləri geyimə görə cərimə edə bilərlər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidMoskvada YPX əməkdaşı, arxiv şəkli
Moskvada YPX əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yuriy Şakirov: "Bu layihə üzərində işləyirik"

BAKI, 16 mart — Sputnik. Rusiyada işığı əks etdirən gödəkcə geyinməyən sürücülər cərimə oluna bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin Yol Təhlükəsizliyi Təşkilatı və Hüquqi Tənzimləmə və təbliğat şöbəsinin rəhbəri Yuriy Şakirov bildirib.

"Həqiqətən bu günə kimi insanların təhlükəsizliyi üçün işıq əks etdirən gödəkcələrdən istifadə edilməsi diqqətdə olmayıb. Biz bu gün təklifi nəzərdən keçiririk" – deyə Yuriy Şakirov əlavə edib

O əlavə edib ki, bu gün qanunun necə həyata keçirilməsi ilə bağlı bir söz deyə bilmir: "Bu layihə üzərində işləyirik. Cərimə yalnız qəza baş verən hallarda tətbiq olunacaq. Hazırda təklifin legitimliyini nəzərdən keçiririk".

Qeyd edək ki, bu qanun sükan arxasında olmayan, yolun hərəkətli hissəsində dayanan sürücülərə şamil ediləcək. Belə ki, xüsusi gödəkcə geymədən hansısa səbəbdən yolun hərəkətli hissəsində dayanan sürücülər qəza vəziyyəti yaradırlar.

Xəbər lenti
0