Lavrov: "Türkiyəyə S-400 verilməsi Rusiya üçün risk deyil"

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidS-400
S-400 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya xarici işlər naziri "Bu məsələdə narahat olmağın lazım olduğunu düşünmürəm" cavabını verib

BAKI, 15 mart — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə göndərilməsi planlaşdırılan S-400 hava müdafiə sistemi təhvilinin Rusiya üçün hər hansı bir risk yaratmadığını deyib.

Sputnik Türkiyə xəbər verir ki, Lavrov Moskvada iştirak etdiyi konfransda Türkiyəyə S-400 hava müdafiə sistemi göndərilməsinin Rusiya üçün riskli olub-olmadığı sualına "Bu məsələdə narahat olmağın lazım olduğunu düşünmürəm" cavabını verib.

Lavrov həmçinin deyib ki, qonşuların bir-birinə düşmən olmamasının lazım olduğuna əmindir.

Qeyd edək ki, S-400 hava müdafiə sistemi Türkiyəyə göndərilsə, Türkiyə S-400 sisteminə malik olan ilk NATO ölkəsi olacaq.

Xəbər lenti
0