Göydən qızıl-gümüş yağdı

© Photo : Следком Telegram kanalıTəyyarədən tökülmüş qızıllar
Təyyarədən tökülmüş qızıllar - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ümumi dəyəri 112 milyon dollar olub

BAKI, 15 mart — Sputnik. Rusiyanın şimal-şərqindəki Yakutsk şəhərində havaya qalxan təyyarənin baqajı qəfildən qırılıb. Hadisə zamanı hər biri 20 kilo ağırlığında olan 200-ə yaxın qızıl və gümüş külçəsi yerə səpələnib.

Sputnik Azərbaycan "Vesti"yə istinadən xəbər verir ki, yola səpələnən qızılı və gümüş külçələri yüksək təhlükəsizlik tədbirləri altında toplanıb. Qızıl və gümüş külçələrin sahibi olan şirkətdən bildiriblər ki,külçələrin hamısı toplanıb. Onun ümumi dəyəri 112 milyon dollar olub.

Məlumata görə, yük baqajının qırılmasına hava axını səbəb olub.

Xəbər lenti
0