İranda inqilabi qərar: Qadın pilotlar da olacaq

© AFP 2023 / PASCAL PAVANIIran Air aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli
Iran Air aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda kompaniyada 5 qadın top menecer çalışır

BAKI, 15 mart — Sputnik. İranın ən böyük aviaşirkəti olan “İran Air”in rəhbərliyi qadın pilotlar üçün vakansiya açılması barədə qərar qəbul edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, kompaniya pilotlar üçün illik yeni vakansiyalar elanında "bu vəzifəni qadınlar da icra edə bilər" deyə qeyd edib.

"İlk dəfə olaraq “İran Air” aviaşirkəti qadın pilotları işə götürməyə hazırdır" – deyə kompaniyanın rəhbəri Farzane Şarafbafi qeyd edib.

Hazırda kompaniyada 5 qadın top menecer çalışır. Bundan əlavə şirkətin 1,78 min qadın işçisi var.

"Bizim üçün əməkdaşlarımız arasından qadın pilotların olması çox vacibdir" – deyən direktor qeyd edib ki, qadınlar müvafiq kurslar keçdikdən sonra ikinci pilot kimi çalışacaqlar.

Xəbər lenti
0