Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropada böyük diplomatik qalmaqal

© REUTERS / Phil NobleRusiyanın Londondakı səfirliyinin binası
Rusiyanın Londondakı səfirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya Rusiya ilə əlaqələri dayandırır, rusiyalı diplomatlar Londondan çıxarılır

BAKI, 14 mart — Sputnik. Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində — Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. 

Bunu baş nazir Tereza Mey parlamentdəki çıxışı zamanı bildirib. 

O bildirib ki, hadisəyə cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər həyata keçiriləcək. Baş nazirin bildirdiyinə görə, artıq Rusiya diplomatlarının bir hissəsinin ölkədən çıxarılmasına başlanılıb. İlk mərhələdə 23 diplomat geriyə göndəriləcək.

"Rusiya bu əmələ görə cavabdehdir" — Mey deyib.

Xəbər lenti
0