Polislər çılpaq qadınlarla şəkil çəkdirdilər, başlarına bəla gəldi

© Photo : NOTICARIBEEv qızları ilə şəkil çəkdirən polislər
Ev qızları ilə şəkil çəkdirən polislər - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkil sosial şəbəkələrdə yayımlanıb

BAKI, 14 mart — Sputnik. Meksikanın Kankun şəhərində üç polis məmuru çimərlikdə yarımçılpaq qadınlarla çəkdirdikləri fotoya görə vəzifələrini itiriblər. Sputnik Azərbaycan “Daily Mail”a istinadla xəbər verir ki, qanun keşikçiləri Quintana Roo əyalətində zorakılığın artması bağlı şəhər çimərliklərinə göndərilib.

Onlardan 3-ü xidmət zamanı turist qadınlarla şəkil çəkdirib. Şəkil çəkdirən zaman gülümsəyən polislər qoruyucu jiletdə olub, əllərində isə pulemyot tutublar.

Şəkil sosial şəbəkələrdə yayımlanıb.

Facebook istifadəçilərindən biri bu şəklə belə bir şərh yazıb: "Fahişələr səni qanun keşiyində durmaqdan çox maraqlandıranda…"

Yerli polisin əmri ilə bu paylaşım silinib.

Quintana Roo-nun Asayiş Təhlükəsizlik Nazirliyi lazımi tədbirlər görüləcəyini açıqlayıb.

Xəbər lenti
0