02:14 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Lesoto Legend

Dünyanın ən böyük daşı satıldı – VİDEO

© Photo: Twitter / @GemDiamondsLtd
DÜNYA
Qısa URL
62 0 0

Alıcı Graff Diamonds kompaniyası olub və satışın dəyəri 53 milyon hesablanıb

BAKI, 14 mart — Sputnik. Dünyanın ən böyük almazlarından biri olan "Lesoto Legend", 40 milyon dollara satılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Britaniyanın Gem Diamonds Ltd şirkəti məlumat verib.

"Martın 12-də Antverpen şəhərində keçirilən hərracda 910 karatlıq almazın qiymətinin 40 milyon dollara qədər qalxdığına şadıq" – deyə kompaniyadan bildirilib.

Almaz Afrikanın cənubunda Lesota Krallığında Letsenq mədənindən tapılıb. Dəyərli daş bu günə qədər tapılan möhtəşəm tapıntılar arasında 5-cidir. Bu mineral, tərkibində azot qatqıları olmayan ikinci tipli almazlara aiddir və dünyada ən bahalı daşlardan sayılır.

Letsenq mədəni ölçüsü və keyfiyyəti dəyərli olan daşları ilə məşhurdur. 2006-cı ildən dünyanın ən böyük 20 ağ almazından 4-ü burada tapılıb. Bunlardan ən böyüyü 603 karat və ya 121 qram olan "Lesotanın Vədi"dir (Lesotho Promise). 2017-ci ilin Kanadada dünyada ən böyük almaz hesab edilən Lesdi La Rona satılıb. Alıcı Graff Diamonds kompaniyası olub və satışın dəyəri 53 milyon hesablanıb.

Teqlər:
qiymətli daş, almaz, milyonlar, hərrac

Əsas mövzular