Putin: “Tarladan əldə etdiyimiz, silah satışından daha çoxdur”

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya, müdafiə sənayesinin ixracatından təxminən 15,6 milyard dollar gəlir əldə edir

BAKI, 14 mart — Sputnik. “Kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyimiz gəlir silah satışından qazandığımız gəlirdən daha çoxdur”. Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Milli Kənd Təsərrüfatı İstehsalçıları Forumu"nda danışarkən deyib.

"İki il əvvələ qədər silah ixracından əldə olunan gəlirlə kənd təsərrüfatı məhsullarından qazandığımız gəlir eyni səviyyədə idi. Ancaq indi vəziyyət bir qədər dəyişib. Kənd təsərrüfatı məhsullarının ixracaından daha çox pul qazanmağa başladıq. 2000-ci illə müqayisədə əkinçilik və qida məhsullarının ixracı 16 dəfə artıb. Bu da onu göstərir ki, bu sahəyə diqqəti daha da artırmalıyıq" — Rusiya lideri bildirib.

Qeyd edək ki, Rusiya, müdafiə sənayesinin ixracatından təxminən 15,6 milyard dollar gəlir əldə edir.

Xəbər lenti
0