İranda qəzaya uğrayan türk təyyarəsinə aid "qara qutu" tapıldı

Abunə olmaq
Dünyasını dəyişənlərin meyiti tapılıb, onların kimlikləri təsdiqlənib

BAKI, 12 mart — Sputnik. İranın Şəhrəkürd bölgəsində qəzaya uğrayan Türkiyəyə məxsus xüsusi təyyarənin “qara qutusu” tapılıb. Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, qəzanın baş verdiyi yerə həm iranın həm də türkiyəli mütəxəssislər cəlb olunub.

Məlumata görə, “qara qutu” Kiyar rayonunun Helen dağı ərazisində aşkar edilib. Dünyasını dəyişənlərin meyiti tapılıb. Onların kimlikləri təsdiqlənib.

Qeyd edək ki, Türkiyəyə məxsus şəxsi təyyarə dünən İranın cənubundakı Şəhrekürd bölgəsində qəzaya uğrayıb. Təyyarə tanınmış biznesmen, "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə həlak olanlardan biri iş adamının qızı Mine Başaran, 7-si isə onun rəfiqələridir. Onlar toydan qabaq subaylığa vida gecəsindən qayıdırmış

Xəbər lenti
0