02:48 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Hindistanda xəstəxana, arxiv şəkli

Hindistan xəstəxanasında dəhşət: Kəsilmiş ayağını başının altına qoydular - VİDEO

© AFP 2019 / Manjunath KIRAN
DÜNYA
Qısa URL
336 0 0

Xəstəxanada yoxlama başlayıb və artıq 2 həkim müvəqqəti olaraq fəaliyyətdən məhrum edilib

BAKI, 11 mart — Sputnik. Hindistanın şimalındakı Uttar-Pradeş ştatındakı xəstəxanalardan birində insanlığa sığmayan olay yaşanıb. Sputnik Azərbaycan NDTV-yə istinadla xəbər verir ki, Twitter-də paylaşılan videoda görünür ki, əməliyyatdan yeni çıxan xəstə çarpayıda uzanıb. Onun amputasiya edilmiş ayağı isə başının altına qoyulub.

Hadisə Cxansi şəhərində yerləşən dövlət tibb kolleci nəzdindəki xəstəxanada baş verib. Xəstəxanada yoxlama başlayıb və artıq 2 həkim müvəqqəti olaraq fəaliyyətdən məhrum edilib. Xüsusi komissiya yastıq əvəzinə xəstənin başının altına kəsilmiş ayağı kimin qoyduğunu müəyyən etməlidir. Tibbi personala çox ciddi cəzalar vəd edilir.

Həkimlərlə qohumların sözləri uyğun gəlmir. Həkimlər bildiriblər ki, yol qəzasında yaralanan şəxsə dərhal köməklik göstərilib. Bundan sonra həkim onun başının altına qoymaq üçün yastıq axtaranda, qohumlarından biri kəsilmiş ayaqdan istifadə edib. Qohumları isə iddia edirlər ki, ayağı xəstənin başının altına həkim qoyub və onu yastıqla dəyişməkdən imtina edib. Guya ki, bundan sonra onlar bazardan yastıq almağa məcbur olublar.

Xəstənin ayağının qəza zamanı kəsildiyi, yoxsa həkimlərin amputasiya etdiyi xəbər verilmir.

Əsas mövzular