22:21 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
FTX

Rusiyada böyük terrorun qarşısı alındı - VİDEO

© Sputnik / Igor Zarembo
DÜNYA
Qısa URL
125 0 0

Qısa döyüş zamanı cinayətkarlar məhv ediliblər

BAKI, 11 mart — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində terror aktının qarşısını alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, terroru gizli qruplaşma həyata keçirməyə hazırlaşırmış.

FTX əməkdaşları içində cinayətkarların olduğu maşını saxlamaq istəyərkən, sonuncular silahlı müqavimət göstərib. Qısa döyüş zamanı cinayətkarlar məhv ediliblər.

Hadisə yerindən TT və "Makarov" tipli tapançalar, əldəqayırma qumbara, eləcə də gücü 3 kiloqram trotilə bərabər olan əldəqayırma partlayıcı qurğu tapılıb.

FTX-nın Saratov vilayəti üzrə baş idarəsi terror aktının hazırlanması ilə bağlı cinayət işi qaldırıb. Regionda təhlükəsizlik tədbirləri gücləndirilib.

Teqlər:
terror, Saratov vilayəti, Federal Təhlükəsizlik Xidməti

Əsas mövzular