01:51 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
92 0 0

Parad noyabrın 11-ə Veteranlar günündə keçiriləcək

BAKI, 10 mart — Sputnik. Pentaqon Trampı tanksız qoyub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Vaşinqtonda keçirilən hərbi paradda tanklardan istifadə edilməsinə icazə verməyib.

Açıqlamada qeyd edilib ki, Amerika paytaxtının küçələrindən ancaq "təkərli nəqliyyat vasitələri" keçə bilər. Tanklar isə tırtıllı olduğundan. infrastruktura ciddi ziyan vuracaq. Bununla yanaşı, Pentaqon hərbi paradın son hissəsində təyyarələrdən istifadə etməyə icazə verib.

Parad noyabrın 11-ə Veteranlar günündə keçiriləcək. Hərbi texnikanın Ağ Evdən Kapitoliyə qədər hərəkət edəcəyi planlaşdırılır.

Sənədlərdə tədbirin xərcləri barədə məlumat verilmir. Ancaq “Associated Press”in məlumatına görə, əvvəlcədən Ağ Ev bu tədbirin 10-30 milyon dollara başa gələcəyini qiymətləndirmişdi.

Teqlər:
parad, tank, Donald Tramp, Pentaqon

Əsas mövzular