Milyonlarla insan işıqsız qaldı…

© REUTERS / Bernadette BaumABŞ-da qar altında qalmış ev
ABŞ-da qar altında qalmış ev - Sputnik Azərbaycan
Abunə olmaq
Ştatların kommunal xidmətləri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib

BAKI, 9 mart — Sputnik. ABŞ-da güclü qar səbəbindən 1 milyondan çox insan elektrik enerjisiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, elektrik enerjisinin kütləvi şəkildə dayandırılması Nyu-Cersi, Nyu-York, Massaçusets ştatlarında qeydə alınıb. Rod-Aylend, Vermont, Nyu-Hempşir, Men, Konnektikut ştatlarında isə elektrik enerjisi fasilə ilə verilir.

Ştatların kommunal xidmətləri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Məlum olub ki, hava şəraitinə görə, ştatlarda iki nəfər xəsarət alıb. Təkcə 8 mart günündə 500 dən artıq aviareys təxirə salınıb.

ABŞ-ın bəzi ştatlarına 60 sm qar yağıb. Qar ölkənin bəzi rayonlarıdna buzlu yağışla yanaşı müşahidə edilib. Xatırladaq ki, ötən həftə hava şəraiti ilə əlaqədar 8 nəfər həyatını itirib.

Xəbər lenti
0