Çinlinin beynində 30 ədəd yumurta aşkarlandı

CC0 / RitaE / MeatDonuz əti
Donuz əti - Sputnik Azərbaycan
Abunə olmaq
Az bişmiş donuz əti yeyən adamın beynindən 30 ədəd parazit qurdunun yumurtası tapılıb

BAKI, 8 mart — Sputnik. Çində az bişmiş donuz əti yeyən adamın beynindən uzunluğu 1 santimetrə çatan 30 ədəd tenya (parazit) qurdunun yumurtası çıxarılıb.

Sputnik Azərbaycan Haberler-ə istinadən xəbər verir ki, çinli həkimlər çiy ət yeyən bir adamın başında 30 tenya qurdunun yumurtasını tapıb.

Çinin cənub qərbindəki Guizhou qəsəbəsində yaşayan Vu adlı 46 yaşlı kişi 1 il əvvəl qusma və baş ağrısına məruz qalıb. Beyin cərrahları tərəfindən əməliyyat edilən adamın beynindən yumurtalar çıxarılıb. Həkimlər xəstənin az bişmiş donuz əti yediyi üçün bu hala gəldiyinin güman edildiyini deyib.

Guizhou Tibb Universitetindən olan Yang, yumurtaların içində hərəkət edən sürfələrin beynin ətrafına dağılmış olduqlarını və əməliyyat əsnasında yumurtaları qırmamaq üçün olduqca ehtiyatlı hərəkət etdiklərini söyləyib.

Qeyd edək ki, bişirilməmiş yada az bişirilmiş xəstə inək ətinin yeyilməsi ilə Tenya Saginata, donuz ətinin yeyilməsi ilə Tenya Solium əmələ gəlir. Parazit 10-15 metrə qədər ola bilir.Nəcis ilə atılan yumurta torpaqda 8 həftə yaşaya bilir.

Xəbər lenti
0