10:59 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
133 0 0

Üzündən kəsik travmaları almış aktrisaya 70 tikiş qoyulub

BAKI, 8 mart — Sputnik. Kanadalı məşhur aktrisa Teylor Hikson əməkdaşlıq etdiyi kinostudiyanı məhkəməyə verib. 

Sputnik Azərbaycan "Milliyet"ə istinadən bildirir ki, buna səbəb 20 yaşlı aktrisanın 2016-cı ilin dekabrında "Ghostland" filminin çəkilişləri zamanı üzündən ağır yaralar alması olub.

"Ssenariyə uyğun olaraq emosional səhnəyə çəkilirdim. Şüşə qapını yumruqla vurmalı idim. Rejissor Paskal Lojye zorla tələb etdi ki, qapını var gücümlə vurum. Vurdum və şüşə qəflətən sındı, mən də qırıntıların üstünə yıxıldım" — Hikson deyib.

Üzündən kəsik travmaları almış aktrisaya 70 tikiş qoyulub. Yaralardan sonra onun üzündə dərin və eybəcər çapıqlar qalıb.

Teylor Hikson deyib ki, üzü eybəcərləşdiyi üçün o vaxtdan bəri karyerasını dayandırmalı olub, çünki ixtisası üzrə iş tapa bilmir.

Əlaqədar

Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı
Yəhudi aktrisa müsəlman qızdan ötrü səsləndi: İsrailə qarşı çıxın
Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?
Tanınmış aktrisa 6 övladı ilə küçədə görüntülənib
"Əsas instinkt"də çəkilmiş aktrisa vəfat etdi

Əsas mövzular