Türk ordusu bu dəfə İraq sərhədlərinə dayanacaq - ƏMR

© REUTERS / STRTürkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il
Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "PYD-nin arxasında kim durursa dursun, bu terrorçular bütün sərhədlərimizdən təmizlənənə qədər orada qalacağıq"

BAKI, 5 mart — Sputnik. "Bu gün Afrindəyik, sabah Menbiçdə olacağıq. Oranı da terrorçulardan təmizləyəcəyik". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.

Prezident ordunun Menbiçi PYD-dən azad etməyə hazır olduğunu bildirib. Ərdoğan qeyd edib ki, Suriyanın şimalında terrora qarşı aparılan əməliyyat, bu ölkənin İraqla olan sərhədinə qədər davam edəcək.

"PYD-nin arxasında kim durursa dursun, bu terrorçular bütün sərhədlərimizdən təmizlənənə qədər orada qalacağıq. Ordumuz bu gün Afrindədir, sabah Menbiçdə", — prezident vurğulayıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə yanvarın 20-də Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. İndiyədək 2777 PYD/YPG terrorçusu məhv edilib.

Xəbər lenti
0