Antarktidada milyonlarla canlının olduğu ada aşkarlandı

© wallwidehd.comPinqvinlər
Pinqvinlər - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər milyonlarla pinqvinin olduğu ada aşkarlayıblar

BAKI, 4 mart — Sputnik. Alimlər Antarktidanın az öyrənilmiş ərazisində 1,5 milyon pinqvinin olduğu adanı aşkarlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Scientific Reports" məlumat yayıb.

Məlumata görə, pinqvinlərin miqrasiya yolunu araşdıran alimlər həmin heyvanların bu miqdarda sayını Deyncer adalarında aşkarlayıblar. Tədqiqatçılara bu tapıntıda kosmosdan aparılan çəkilişlər də kömək edib.

Bildirilir ki, ərazidə heyvanların 750 min yuvası tapılıb. 

Xəbər lenti
0