09:47 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
11501

Ona qarşı münasibətə dözə bilməyən 23 yaşlı Edvard intihar edib

BAKI, 3 mart — Sputnik. Dünyada qeyri-adi insanlar çox olub. Belə insanlardan biri də İngiltərədə iki simalı insan Edvard Mordek olub. Arxadakı üzü, öndə olan üzünün eynisi olub, sadəcə bir qədər kiçik formada imiş.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Edvardı görənləri heyrətləndirən əsas məsələ isə onun arxada olan üzünün də hərəkət etməsi olub. Belə ki, Edvard gülən zaman arxadakı siması da gülüb, kədərlənən zaman arxadakı siması da kədərlənib.

Edvard 19-cu əsrdə İngiltərədə yaşayıb. Uşaq yaşlarından ona qəribə baxan, ondan qorxan insanları anlamayıb. Amma böyüdükcə insanların ona rəftarı Edvardı insanlardan uzaqlaşdırıb.

Ona qarşı münasibətə dözə bilməyən 23 yaşlı Edvard intihar edib.

Əsas mövzular