Afrin əməliyyatındakı bütün rəqəmlər açıqlandı

© AFP 2023 / George OURFALIAN Afrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyanın Afrin bölgəsində 615 kvadrat km ərazi, 94 yaşayış məntəqəsi və 28 strateji yüksəklik PYD/YPG terrorçularından təmizlənib

BAKI, 3 mart — Sputnik. “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin 41 hərbçisi, Azad Suriya Ordusunun isə 116 döyüşçüsü şəhid olub”.

Sputnik Azərbaycan "CNN Türk"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin müdafiə naziri Nurettin Canikli deyib.

Nazir bildirib ki, Suriyanın Afrin bölgəsində 615 kvadrat km ərazi, 94 yaşayış məntəqəsi və 28 strateji yüksəklik PYD/YPG terrorçularından təmizlənib.

“Ümumilikdə 157 şəhidmiz var. Əməliyyat başladığı gündən indiyədək 2295 terrorçu zərərsizləşdirilib”, — Canikli qeyd edib.

Müdafiə naziri, həmçinin əlavə edib ki, Afrin bölgəsi PYD-dən tam təmizlənənədək hərbi əməliyyat davam edəcək.

Xəbər lenti
0