Şagirdi ilə cinsi əlaqədə olan müəllimə həbs edildi

© AFP 2023 / JIM WATSON ABŞ polisi
ABŞ polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Oğlan ifadəsində bildirib ki, müəlliməsi ona çılpaq şəkillərini göndərib

BAKI, 3 mart — Sputnik. ABŞ-ın Florida ştatında 26 yaşlı məktəb müəlliməsi Stefani Peterson polislər tərəfindən tutulub. Polis qadının noyabr ayından başlayaraq 14 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğunu müəyyən edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlan ifadəsində bildirib ki, müəlliməsi ona çılpaq şəkillərini göndərib. Daha sonra müəllimə onunla cinsi əlaqədə olmağı təklif edib. Qadın, hətta ona narkotik maddələrdən necə istifadə etmək “lazım olduğunu” da öyrədib. 14 yaşlı uşaq təhsilindən geri qalmağa başlayanda, valideynləri sirrin üstünü aça biliblər.

Qeyd edilir ki, 26 yaşlı müəllimə həm də evlidir.

Xəbər lenti
0