23:09 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
49 0 0

Maduro maaşların 58% artırılacağına, bununla da minimum əmək haqqının 2 dollar səviyyəsinə çatacağına söz verib

BAKI, 2 mart — Sputnik. Venesuela prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqını 2 dollara qədər artıracaqlarını deyib. Sputnik Azərbaycan bu barədə "Qazeta"ya istinadən xəbər verir.

Maduro maaşların 58% artırılacağına, bununla da minimum əmək haqqının 2 dollar səviyyəsinə çatacağına söz verib. Prezident bildirib ki, martın 1-dən etibarən minimal əmək haqqı 248 min bolivardan 392,5 min bolivara qədər artırılacaq.

Bəzi analitiklər iddia edir ki, Maduro bu addımı qarşıdan gələn prezident seçkisində xalqdan səs toplamaq üçün edir.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri may ayının ikinci yarısında keçiriləcək. Bu ölkənin rəhbərliyi ABŞ-a qarşı barışmaz mövqe tutur və Amerika imperializmi ilə mübarizə aparır.

Əlaqədar

Venesuelada vəziyyət daha da pisləşdi
Natiq Cəfərli: Venesuelada gedən proseslər neftin qiyməti ilə bağlıdır
Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb
Venesuela prezidenti Azərbaycandadır
Teqlər:
bolivar, minimum əmək haqqı, Venesuela, Nikolas Maduro, prezident, dollar

Əsas mövzular