13:32 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
145410

Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

BAKI, 2 mart — Sputnik. Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistan parlamenti tarixdə ilk dəfə olaraq ölkə başçısını seçib.

Ermənistan prezidentliyinə namizəd Armen Sarkisyan və ölkənin hazırkı prezidenti Serj Sarqsyan
© Photo : Ermənistan prezidentinin mətbuat xidməti

Hakim partiyanın namizədi Armen Sarkisyan Ermənistanın növbəti prezidenti seçilib. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər.

Qeyd edək ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının adından ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif edib. Armen Sarkisyan yeganə namizəd olub və ona alternativ irəli sürülməyib.

Armen Sarkisyanın namizədliyini Respublika Partiyasından və "Daşnaksütyun" Erməni İnqilab Federasiyasından ibarət hakim koalisiya fraksiyasınını 65 deputatı irəli sürüb. Səsvermədə parlamentin 100-dən artıq deputatı iştirak edib.

Prezidentin seçilməsi üçün namizədin səslərin 3/4-nü, yaxud 79 səs toplaması lazımdır. Hakim fraksiyanın parlamendə 65 mandatı var. Hakimiyyətin namizədinə "Tsarukyan" müxalifət fraksiyası da dəstək verib. Bu fraksiyaya 31 deputat daxildir.

Hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra — aprelin 9-da ölkənin yeni Konstitusiyası tam qüvvəyə minəcək. Bu Konstitusiyaya görə, hakimiyyət parlamentin və hökumətin əlinə keçəcək, prezident funksiyasını isə parlamentin seçdiyi şəxs həyata keçirəcək. O, formal prezident olacaq, real hökuməti isə baş nazir idarə edəcək.

Armen Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. Sovet dövründə Ermənistan SSR-in ən perspektivli fiziklərindən biri olub. 1984-85-ci illərdə Kembric Universitetinə dəvət edilib. Sonra Moskva elmi mərkəzində və xaricdə işləyib. 1990-cı ildə London və Kembric Universitetlərinin dəvəti ilə yenidən Britaniyada işləməyə gedib.

Sonra diplomatik işə keçib. Ermənistanın Britaniyadakı ilk səfiri olub. Ölkəni Avropa qurumlarında təmsil edib. 1996-97-ci illərdə baş nazir postunu icra edib.

Sarkisyan British Petroleum, Bank of America, Alcatel, Telefonica, Merrill Lynch və digər şirkətlərin baş məsləhətçisi olub.

Əlaqədar

Müdafiə Nazirliyi: Ermənistan gələcək təxribata zəmin hazırlayır
Ermənistanda zəlzələ oldu
XİN: Sumqayıt hadisələrini Ermənistan və SSRİ xüsusi xidmət orqanları törədiblər
Politoloq Türkiyəyə münasibətdə Ermənistanın atmalı olduğu addımları şərh edir
Ermənistan qoşunları cəbhədə təxribat törədib
Teqlər:
Armen Sarkisyan, səsvermə, Ermənistan, deputat, parlament, prezident seçkiləri

Əsas mövzular