03:19 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
205 0 0

Qətərin məşhur jurnalisti Faysal Kasım, jurnalistlə Ərdoğan arasında keçən dialoqu öz "Twitter" hesabında paylaşıb

BAKI, 1 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əlcəzair səfəri ilə bağlı maraqlı detal üzə çıxıb. Afrika ölkələri turuna çıxan Ərdoğanın ilk dayanacağı olan Əlcəzairdə bu ölkənin prezidenti Əbdüləziz Buteflika ilə keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.

Yerli jurnalistlərdən biri Ərdoğandan, Osmanlı imperiyasının Əlcəzairə müstəmləkə kimi baxıb-baxmadığını, maddi və mənəvi sərvətini talayıb-talamadığını soruşub. Türkiyə prezidenti "əgər elə olsaydı, siz bu sualı mənə fransızca yox, türkcə verərdiz" cavabını verib.

Sputnik Türkiyə xəbər verir ki, həmin ərəfədə salonda olan Qətərin məşhur jurnalisti Faysal Kasım, jurnalistlə Ərdoğan arasında keçən dialoqu öz "Twitter" hesabında paylaşıb.

Teqlər:
Əlcəzair, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sual, jurnalist

Əsas mövzular