06:53 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
210 0 0

Venediktov deyib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır

BAKI, 1 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının PYD/YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var. Bunu Sputnik-ə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov deyib.

Venediktov bildirib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır: "Görünür amerikalı dostlarımız Suriyada birdəfəlik qalmağa can atır. PYD-yə verdikləri dəstək buna görədir. Artıq 20 bazaları var. PYD-dən istifadə edib buraya yerləşiblər".

"Türkiyəni Afrində əməliyyat başlatmağa da ABŞ vadar elədi. Provokativ şəkildə PYD döyüşçülərinə ağır silahlarla yardım etdilər. Bilə-bilə ki, onlar Türkiyəyə qarşı vuruşurlar, bilə-bilə ki, rəsmi Ankara bu təşkilatı terrorçu olaraq görür" – Aleksandr Venediktov bildirib.

Teqlər:
PYD/PKK, Amerika Birləşmiş Ştatları, Türkiyə, silah

Əsas mövzular