12:18 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Cenevrə aeroportunda qar

Hava limanı güclü qar səbəbilə müvəqqəti bağlandı

© Reuters
DÜNYA
Qısa URL
179 0 0

Küçələrdə avtomobillə hərəkət etmək demək olar ki, mümkünsüzdür

BAKI, 1 mart — Sputnik. Cenevrə Beynəlxalq Hava Limanı güclü qar səbəbilə müvəqqəti olaraq bağlanıb.

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, məlumatı hava limanı rəhbərliyi yayıb.

Məlumatda sərnişinlərə xüsusi açıqlamaya qədər hava limanına gəlməmələri tövsiyə olunub.

Qeyd edək ki, İsveçrənin bir çox bölgələrində güclü qar və fırtına hakimdir. Nəqliyyatın hərəkətində ciddi sıxıntılar yaşanır. Küçələrdə avtomobillə hərəkət etmək demək olar ki, mümkünsüzdür.

Teqlər:
reys, Cenevrə, qar, hava limanı

Əsas mövzular