23:55 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1090471

Xarici dövlət seriya nömrəli avtomobil sahibləri nəqliyyat vasitələrini sığortalamalı olacaqlar

BAKI, 1 mart — Sputnik. Gürcüstan hökumətinin ötən ilin sonunda qəbul etdiyi qərar bu gündən etibarən qüvvəyə minib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu gündən etibarən 15 gündən az olmayaraq Gürcüstanda qalmağı planlaşdıran xarici dövlət seriya nömrəli avtomobil sahibləri nəqliyyat vasitələrini sığortalamalı olacaqlar.

Sürücülər sığortanı nəzarət-buraxılış məntəqəsində əldə edə biləcəklər. Nəqliyyat vasitəsini 15, 30, 90 günlük və 1 illik sığortalamaq mümkün olacaq.

Sığorta yol-nəqliyyat hadisəsi zamanı dəyən həm fiziki, həm də maddi ziyanı ödəyəcək. Bundan başqa, sağlamlığa dəyən ağır zədənin müalicəsi tam, orta zədə isə 60 və 30 faiz ödəniləcək. Bir hadisə zamanı fiziki ziyanın limiti 12 min dollar, maddi ziyanın limiti isə 10 min dollardır.

Gürcüstanda bundan sonra sığortasız hərəkət edən xarici nömrəli avtomobil və motosiklet sahibləri 40 dollar cərimə ödəyəcəklər. Kənd təsərrüfat texnikası, avtobus və yük maşınlarının bu məsələyə görə cəriməsi 80 dollar təşkil edəcək.

Qeyd edək ki, minik avtomobilləri üçün 15 günlük sığorta haqqı 30 lari (20.70 manat), 30 günlük 50 lari (34.54 manat), 90 günlük 90 lari (62 manat), 1 illik 295 lari (203 manat) təşkil edir.

Əlaqədar

Gürcüstan paytaxtında həyəcanlı anlar - İrimiqyaslı yanğın baş verib
Polisin səhlənkarlığı Gürcüstanda azərbaycanlının həyatı bahasına başa gəldi
Gürcüstandan gələn azərbaycanlının gətirdikləri əlindən alındı
ABŞ Gürcüstanı silahlandırır: Javelin raket kompleksləri Tbilisidədir
Gürcüstanda azərbaycanlıların mədəni “soyqırımı”: Nələr baş verir?
Teqlər:
sığorta, lari, gün, Gürcüstan, qərar, hökumət, avtomobil, manat

Əsas mövzular