CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kənddə uşaqlar məktəbə babalarının çiynində gedir

© Photo : NTVTürkiyənin Batman vilayətinin Tosunpınar kəndində uşaqlar məktəbə babalarının çiynində gedir
Türkiyənin Batman vilayətinin Tosunpınar kəndində uşaqlar məktəbə babalarının çiynində gedir - Sputnik Azərbaycan
Abunə olmaq
Hər səhər tezdən nəvələrini çiyinlərində çayın o biri sahilinə keçirən babalar onları servis maşınına təhvil verdikdən sonra öz işlərinin arxasınca gedirlər

BAKI, 28 fevral — Sputnik. Türkiyənin Batman vilayətinin Tosunpınar kəndində uşaqlar məktəbə babalarının çiynində gedir, evə də o cür qayıdırlar. Buna səbəb kəndlə məktəb arasında quru torpaq və ya asfalt yolun olmamasıdır. Təhsil ocağı ilə Tosunpınar kəndini ayıran çay üzərində körpü olmadığı üçün servis maşını şagirdləri ancaq çayın kənarına qədər gətirə və yaxud da oradan alıb məktəbə apara bilir.

batman dede okul.jpg

Sputnik Azərbaycan NTV-yə istinadən bildirir ki, ailələr övladlarının çayı özbaşına keçməsinə razı olmur. Bu məsuliyyəti babalar öz üzərlərinə götürür. Hər səhər tezdən nəvələrini çiyinlərində çayın o biri üzünə keçirən babalar onları servis maşınına təhvil verdikdən sonra öz işlərinin arxasınca gedirlər. Axşam dərs qurtaranda isə onlar uşaqları çayın o biri üzündən kənd tərəfə keçirməyə yollanırlar.

Hər nə qədər çətin olsa da, ağsaqqallar bu vəziyyətdən o qədər də gileylənmir. Babalar bunu şirin əziyyət kimi dəyərləndirirlər. Bununla belə, onlar rəsmi qurumlardan xahiş edirlər ki, çayın üzərində körpü tikilsə, pis olmaz.

Xəbər lenti
0