Dəniz quldurları yenidən baş qaldırır

CC0 / 3163387 / SeaDəniz
Dəniz - Sputnik Azərbaycan
Abunə olmaq
Dənizçilər piratların üzərinə qaynar su tökməklə buna nail olublar

BAKI, 28 fevral — Sputnik. Filippin bayrağı altında üzən “Kudo” gəmisinə dəniz quldurları hücum edib. Sputnik AzərbaycanSeanews”-ə istinadən xəbər verir ki, hadisə Sibaqo adasının cənub-şərqində baş verib.

Dəniz quldurları gəmiyə çıxmağa cəhd etsələr də, heyət üzvləri onların qarşısını ala biliblər. Heyət üzvləri hücumu quldurların üzərinə qaynar su tökməklə dayandıra biliblər.

Hadisə zamanı yalnız bir nəfər şüşənin sınması səbəbindən əlindən yaralanıb. Artıq sahil təhlükəsizlik xidməti və digər təhlükəsizlik orqanları quldur hücumu ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, olay zamanı gəmidə 27 filippinli dənizşi olub.

Xəbər lenti
0