Ərəb dünyasında yeni çalxalanma: Səudiyyə kralı radikal qərarlar verdi

© AP Photo / Shizuo KambayashiSalman ibn Əbdüləziz
Salman ibn Əbdüləziz - Sputnik Azərbaycan
Abunə olmaq
Nəhəng kadr dəyişiklikləri nazirləri, generalları, qubernatorları və şəhər merlərini ağuşuna alıb

BAKI, 27 fevral — Sputnik. Səudiyyə Ərəbistanı son bir neçə aydır ki, dünya gündəmindən düşmür. Öncə şahzadələrin həbsi, daha sonra milyardlarla dollar qarşılığında onların azadlığa buraxılması, indi də ordudakı gözlənilməz istefalar dünyanın diqqətini ərəb yarımadasına çevirib.

Город Эр-Рияд, Саудовская Аравия, 6 июня 2017 года - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında növbəti siyasi zəlzələ

Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Baş Qərargah rəisi Əbdülrəhman ibn Saleh əl-Bünyanı işdən azad edib. Həmçinin Quru Qoşunları komandanı, Hava Hücumundan Müdafiə və Strateji Əhəmiyyətli Raket Qoşunları komandanı da istefaya göndərilib.

Ölkənin yeni Baş Qərargah rəisi vəzifəsinə Fayad ibn Həmid ər-Ruvayl təyin olunub. Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Məhəmməd ibn Avvad Sühaymın yerinə general-leytenant Fəhd ibn Abdulla Məhəmməd əl-Müteyr təyin olunub.

Hökumətdəki kadr dəyişiklikləri qubernatorları, müavinləri və şəhər merlərini də ağuşuna alıb. Əmək və sosial inkişaf naziri də işdən çıxarılıb. Onun yerinə Tamader ər-Rammah gətirilib.

Xəbər lenti
0