Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı önəmli məlumat yaydı

© AFP 2023 / OZAN KOSE Türk ordusuna məxsus tank
Türk ordusuna məxsus tank - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatın keçirildiyi müddət ərzində 2059 terrorçu məhv edilib

BAKI, 26 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ/TSK) Azad Suriya Ordusu (ASO) ilə birgə Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatı uğurla davam edir. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, yanvarın 20-dən indiyədək davam edən əməliyyatlar nəticəsində PYD terrorçularından azad edilən yaşayış məntəqələrinin sayı 150-yə çatıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamaya görə, bu müddət ərzində 2059 terrorçu məhv edilib. Zərərsizləşdirilən terrorçular arasında PKK/KCK/PYD-YPG üzvləri ilə yanaşı İŞİD mənsubları da var.

Xəbər lenti
0