01:42 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Şridevi

Milyonların sevimlisi qəflətən vəfat edib

© AP Photo / Lionel Cironneau
DÜNYA
Qısa URL
116410

Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır

BAKI, 25 fevral — Sputnik. Məşhur hind aktrisası Şridevi 54 yaşında vəfat edi. Sputnik Azərbaycan "NDTV"yə istinadla xəbər verir ki, onun ölümünə ürəyinin dayanması səbəb olub.

Hind kinosunun ulduzu Dubayda vəfat edib. Aktrisa Birləşmiş Ərəb Əmirliklərinə həyat yoldaşı, prodüser Boni Kapur və kiçik qızı ilə bir yerdə toyda iştirak etmək üçün gedibmiş.

Hindistan prezidenti Ram Natx Kovind aktrisanın ölümü ilə bağlı başsağlığı verib.

Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır. O, karyerası ərzində 265 filmdə çəkilib. Azərbaycanın yaşlı tamaşaçıları onu "Kədərli hekayə", "Hədiyyə", "Çandni", "Sevgi anı" və digər filmlərdən tanıyır.

Əlaqədar

Yəhudi aktrisa müsəlman qızdan ötrü səsləndi: İsrailə qarşı çıxın
Məşhur aktrisa tanınmaz hala düşüb… - FOTO
Tanınmış aktrisa beyninə qan sızmasından danışdı: "Həyatım məhv oldu"
Aktrisa nəqliyyatı bir-birinə qatdı
Teqlər:
əfsanə, başsağlığı, aktrisa, vəfat

Əsas mövzular